Dünyanın ən güclü zəhərlərindən olan və el arasında «mışyak» kimi tanınan arsen zəhəri döş xərçəngi xəstəliyindən ölüm hallarını azalda bilər. FaktXəbər-in verdiyi məluümata görə, Kaliforniya Universitetinin alimləri bu qənaətə gəliblər. Bununla bağlı təcrübələr Çilidə keçirilirdi. Fhstn zəhərindən istifadədən sonra ölüm hallarının azaldığı məlum olub. Məlum olub ki, zəhər əsasən 60 yaşdan aşağı olan qadınlarda yaxşı təsir göstərib: ölüm həddi 70 faiz aşağı düşüb.
Çili ümumiyyətlə təbiətdə arsenin bol olduğu bir bölgədir. 1958-ci ildə Çilinin bir şəhəri içməli su üçün And dağlarında geotermal qaynağa qoşulur. Suda litrə 800 mikroqram arsen var idi. Bu, ÜST-ün tövsiyə etdiyindən 80 dəfə çoxdur. 1970-ci ildə təmizləyici qurğu quraşdırılır, çünki yerli sakinlərin bəzilərində zəhərlənmə müşahidə olunur. Lakin eyni zamanda bu zəhərlənmələrin xeyir gətirdiyi də görülür. Stenford Xərçəng İnstitutu müəyyən edir ki, laborator şəraitdə xərçəng hüceyrələri arsendən ölürlər, sağlam hüceyrələr isə toksindən müdafiə olunurlar.
2000-ci ildə Birləşmiş Ştatlar arsen trioksidini leykemiyanın nadir növü üçün dərman kimi istifadəsinə izn verirlər. Ehtimal ki, arsen zəhərindən yaxın günlərdə döş xərçənginin müalicəsi üçün istifadə olunacaq. Hazırda alimlər klinik sınaqlara hazırlaşırlar. Təcrübəyə döş xərçənginin ağır formasına yoluxmuş qadınlar cəlb olunacaqlar.