Əməkdar artist Firuzə İbadova bacısı, aktrisa Rəhilə İbadovadan danışıb.
Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan müğənni bacısının günahsız yerə 7 il həbs olunduğunu deyib:
“Evini əlindən almışdılar, gedib şikayət etdi. Amma bunu günahlandırıb, tutdular. Onu günahlandıran, həbsə salan məmur sonra gəlib üzr istədi. Dedi ki, bilirəm günahsızsan, bunu etməliydim, haqqını halal elə. İndi o məmurun özü həbsdədir. Yenidən məhkəmə quruldu, onun günahkar olduğu ortaya çıxdı, qərar verildi ki, bacımın pulu da, evi də qaytarılsın. Amma bu nəyə lazım idi ki… Bu insanın ləyaqəti getdi. 38 illik aktrisa sənəti var idi, onu sevirdilər. Biz uşaqlıqdan bu günə kimi haram yeməmişik”.