Davada ümumilikdə 6 tələbə iştirak edib.
Şimali Kiprdə azərbaycanlı tələbə saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Lefkoşadakı Beynəlxalq Kipr Universitetində iki qrup arasında dava düşüb.
Məlumata görə, mübahisəyə qarışan qruplar arasında öncədən də problem olub. Davada ümumilikdə 6 tələbə iştirak edib. Dava polis idarəsində yekunlaşıb.
Qarşı qarşıya gələnlər iraqlı, livanlı və azərbaycanlı tələbələr olublar.
Polis tərəfindən saxlanılan Baleb Yaseen İbrahim, Zana Seror Abdulkhaleo, Moustafa Elalj, Ali Battikh, Abdullah Abdallah və Timur İsmayılov olub. Onlardan 3-ü İraq, 2-i Livan, biri isə Azərbaycan vətəndaşıdır.
Məhkəmənin qərarı ilə adıçəkilən şəxslər məhkəmə davam etdiyi müddətdə Kipri tərk etməyəcəklər.