Bakı şəhərində yerləşən Yol Polisi İdarələrindən birində Dövlət himninin yazılışında kobud səhvə yol verilib.
Bu barədə AzVision.az-a daimi oxucularından biri məlumat verib. Redaksiyamıza göndərilən fotoya diqqət yetirdikdə Dövlət himninin 2 və 3-cü bəndlərinin yerinin səhv yazıldığını görmək olar.
Fotonun hansı Yol Polisi İdarəsində çəkildiyi məlum deyil.
AzVision.az bu barədə dəqiqləşdirmə apararaq əlavə məlumat verəcək.
Aşağıdakı fotoda isə himnin düzgün yazılışı əks olunur.