Ukraynadakı separatçıların ağır silah və tanklardan istifadə etməsinə qəzəblə münasibət bildirən Böyük Britaniyanın baş naziri David Kameron çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə çağırış edib. O, Rusiyanı nasist Almaniyası ilə müqayisə də edib.
Modern.az saytı “The Telegraph”a istinadən xəbər verir ki, Devid Kameron ikinci dünya müharibəsini xatırladaraq, dünya tarixini öyrənməyin vacib olduğunu xatırladıb.
“Böyük dövlətlər kiçik dövlətləri qorxu altında saxlamamalıdır”-deyən Kameron həmçinin bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərəkəti yolverilməzdir.
“Biz əlaqələrimizi şəffaf qurmalıyıq. Avropada böyük dövlətlər kiçik dövlətləri qorxu altında saxlayır. Biz keçmişdən nəticə çıxarmalı və dünya tarixini öyrənməliyik. Əminəm ki, bir də belə şeylər baş verməz”.