Yer kürəsi bütün planeti korlayan, resursları qorxulu bir sürətlə yeyib tükədən bəşəriyyətin əsarəti altında inildəyir. Adelaida Universitetinin tədqiqatçıları yaratdıqları kompyüter proqramının köməkliyi ilə maraqlı bir hesablama aparıblar. Onlar dünya əhalisinin sayının ekoloji sistemə yük olmayacaq həddədək azalmasına nə qədər vaxt gedəcəyini öyrəniblər.Analitik.az xəbər verir ki, nəticə faciəvi olub. Hətta əgər kataklizmlər nəticəsində əhalinin kütləvi ölümü baş versə, doğumun sayı sərt halda məhdudlaşdırılsa da, Yer kürəsininin əhalisinin sayı indiki ilə müqayisədə ən azı 90 ilə ixtisar olunmayacaq. Alimlər Dünya Səhiyyə Təşkilatının (ÜST) statistikasını və 2100-ci ilədək hadisələrin inkişafından asılı olaraq əhalinin sayının dəyişməsini analiz ediblər .
Məlum olub ki, əgər bütün ölkələr hətta “bir ailə – bir uşaq” siyasətini tətbiq etsələr də, planetimizdə insanların sayı təxminən indiki səviyyədə qalacaq. Əhalinin azalmasına XXI əsrin ortalarında 2 milyon insanı məhv edə bilən katastrofik hadisələr belə kömək etməyəcək. Cari tendensiyalar saxlanılarsa, bu halda 2100-ci ildə əhalinin sayı təxminən 8,5 milyard təşkil edəcək.
Alimlər müəyyən ediblər ki, hətta növbəti 5 ildə dünya müharibəsi baş versə və bu zaman Birinci və İkinci dünya müharibələrindəki qədər insan məhv olsa da, əhalinin artımı fonunda heç bir dəyişiklik baş verməyəcək.
Alimlər müəyyən ediblər ki, hətta növbəti 5 ildə dünya müharibəsi baş versə və bu zaman Birinci və İkinci dünya müharibələrindəki qədər insan məhv olsa da, əhalinin artımı fonunda heç bir dəyişiklik baş verməyəcək.
Ekspertlər hesablayıblar ki, doğum məhdudiyyəti olmadan və kütləvi ölüm halları fonunda XXII əsrin əvvəllərində insanların sayı 11-12 milyarda qədər artacaq. Artıq bu gün insanlar planetimizin ekoloji sistemi və resurslarına həddindən artıq yüklə təzyiq göstərirlər. Əgər doğum sayı müasir səviyyədə qalacaqsa, ən çox Afrika və Cənubi Asiya ölkələri problemlər yaşayacaq.
“Yer Kürəsinin əhalisi son yüz ildə o qədər sürətlə artıb ki, indi dünyada nə vaxtsa mövcud olan bütün insanların təxminən 14% -i yaşayır. Bu rəqəmlər bizi ayıltmalıdır, deyə tədqiqatın aparıcı müəllifi Kori Bredşou bəyan edib . Bir sıra səbəblərdən hesab olunur ki, ilk növbədə, bu qədər insanı yararlı həyat şəraiti ilə təmin etmək mümkün deyil, çünki biz sadəcə, bu qədər “ağızları” doyurda bilmərik. Bundan başqa, bu, iqlim və ətraf mühitə həddindən artıq yük yaradır”.
Bredşou vurğulayır ki, bu şəraitdə yükü azaltmağın ən səmərəli üsulu – texnoloji və sosial innovasiyalardır. İndi aparılan savadlı demoqrafik siyasətdən kifayət qədər uzaq nəsillər bəhrələnə bilərlər – bunu isə tədqiqatın ikinci iştirakçısı Barri Bruk deyir. “Müasir bəşəriyyətin vəziyyətini düzəltmək üçün bu tədbirlər kömək etməyəcək. Ona görə də ətraf mühütə təsirləri və təbii sərvətlər istehlakını azaltmaq lazımdır.”
Lakin bütün bu deyilənlər doğum sayının azaltmaq cəhdlərinin hamısından imtina etmək lazım olduğu anlamına gəlmir, deyə tədqiqatçılar vurğulayırlar. Cinsəl maarifləndirmə və ailə planlaşdırılmasının geniş tətbiqi, 2050-ci ildə yüz milyon insan artımını azaltmağa qadirdir.
Analitik.az