Atalar demişkən, “qız evində toydur, oğlan evinin xəbəri yox”. Bu misalı boşuna çəkmədik. Elə yenə el arasında Azərbaycan millisinin üzvü Mahir Şükürov ilə əməkdar artist Elza Seyidcahan arasında sevgi münasibəti olması söyləntiləri dolaşır.
Əlqərəz, keçək söhbətin məğzinə.
Milli.Az-a daxil olan məlumata görə, Elza xanımla Şükürov Mahir arasında səmimi münasibətlər varmış. Bunun təktərəfli, yaxud da qarşılıqlı olması barədə isə bir fikrimiz yoxdu. Sübut kimi Mahir Şükürovun sosial şəbəkələrdə paylaşdığı hər fotonun altından Elza xanımın şərhlər yazması göstərilir. Bu məsələyə inanmayaraq Elza Seyidcahanın fikrini öyrənmək qərarına gəldik.
Əlbəttə, bununla belə qənaətə gəlmək, bu fikrə düşmək qəribə gələ bilər sizə, amma bütün fotolara rəy yazılması, ürək işarələri qoyulması və onun vurduğu qolları öz şəxsi səhifəsində paylaşması isə təəccüb doğurmaya bilməz.
Elə məsələni aydınlatmaq üçün Elza xanımla əlaqə saxladıq və bu məsələnin gerçəyini özündən duymaq istədik:
“Mahir Şükürovla tanışlığım var. Aramız da pis deyil. Sənətinə isə çox böyük hormətim var və bu o demək deyil ki, bizim aramızda nəsə var. Onun sənətini sevirəm. Mən çox adama ürək smaylikləri qoyuram. Nə olsun ki?! Hər şəklini paylaşdığım adamla aramda nəsə olmalıdır?! Mahir Azərbaycanın fəxridir. Çox güclü futbolçudur.
Bizim borcumuzdur idmançıları sevmək, dəstəkləmək. Bu harasıdır ki, onlara musiqi və himn bəstələyəcəm. İdmançı ailəsində doğulmuşam. Dayım məşqçi olub. Onun tələbələri şəhid olublar və dayımın özü şəxsən onların cəsədlərini götürüb. Bunları deməkdə məqsədim odur ki, bu mənim şəxsi həyatımdır və heç kim qarışa bilməz. Bəzi-bəzi insanlar həyatımı qurcalamaqdan əl çəksinlər. Bu haqqı heç kimə vermirəm. Kimə nə isti-soyuğu var?! Mahir Şükürovun ailəsi ilə yaxından tanışıq. Bu söhbət yalandır”.
Mahir Şükürovla da əlaqə yaratmağa çalışsaq da buna nail ola bilmədik.
http://s017.radikal.ru/i417/1411/97/3cfcee6e9b1f.jpg
http://i074.radikal.ru/1411/ee/c54b98379a85.jpg
http://s019.radikal.ru/i609/1411/fb/1d56183536ba.jpg
http://s42.radikal.ru/i095/1411/be/fba456c002ad.jpg
http://s017.radikal.ru/i435/1411/df/02fc3ccd7010.jpg
http://s017.radikal.ru/i430/1411/7b/cca3b5a385c6.jpg
http://s003.radikal.ru/i204/1411/3f/02b85b0e0524.jpg
http://s019.radikal.ru/i619/1411/a9/b91686c5d840.jpg
http://s019.radikal.ru/i600/1411/5b/ca1f267beede.jpg
http://s019.radikal.ru/i600/1411/a6/773380d8870d.jpg