Almaniya kansleri Angela Merkel Avstraliyada gecə klubuna gedib.
Brisben şəhərində təşkil edilən G-20 sammitinə qatılan Almaniya kansleri Angela Merkel digər liderlərdən ayırılaraq bir gecə klubuna gedib.
Geniş təhlükəsizlik tədbirləri altında kluba gedən Merkelin mətbuat tərəfindən göstərilməsi yasaqlansa da Avstraliyada yaşayan bir alman immiqrant onu çəkərək sosial media vasitəsilə bütün dünyaya yayıb.
AzNews.az