Üstündən 13 il keçməsinə baxmayaraq, hələdə 2001-ci ilin 11 sentyabrında ABŞ-ın Nyu York ştatında partladılan Dünya Ticarət Mərkəzinin ətrafındakı müəmmalar bitmir. Baş verən terror aktı ilə əlaqədar hər gün yeni faktlar açıqlanır. FaktXəbər-in məlumatına görə, Britaniyanın “Daily Mail” qəzeti sözügedən terror aktına maliyyə ayıran əsas şəxsin adını açıqlayıb.
“Əl-Qaidə” terror təşkilatının həbs edilmiş üzvü Zakarius Mussauri bildirib ki, iyirmiyə qədər avialayner pilotu hazırlayan terror tədris mərkəzini Səud şəhzadəsi maliyyələşdirib. Amma o, Kral ailəsinin üzvü olan şəxsin adını açıqlamayıb. Sadəcə bildirib ki, səhzadə “Əl-Qaidə”çilərə bir çox məsələlərdə yardımçı olub. Onun verdiyi açıqlamanın ən kluminasiya nöqtəsi isə hazırlanan terror aktlarından Səudiyyə Ərəbistanı hakimiyyətinin xəbəri olması barədə söylədiyi fikirdir.