Kolumbiyanın “Medellin” klubunun azarkeşləri komandanın ad gününü böyük bannerlə qeyd ediblər.
Qol.Az-ın məlumatına görə, 101 ilini tamamlayan klubun fanatları “Deportivo Kali” ilə görüşdə uzunluğu 360 metr olan banner açıblar.
“Medellin” klubunun futbolçuları da bütün stadionu əhatə edən bannerə görə azarkeşlərinə borclu qalmayıb. Komanda stadiona gələn azarkeşlərini qələbə ilə sevindirib – 3:2.