FaktXeber.com-un İsrailin “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama İranın nüvə işində bu ölkə ilə razılıq əldə etmək niyyətindədir. Qəzet bununla bağlı vurğulayıb: “Demək lazımdır ki, Netanyahu İranın nüvə məsələsi ilə bağlı mübarizəsində məğlub olub. Halbuki İsrailin bir nömrəli düşməni olan İranın rusiya və Çin ilə əlaqələri günü-gündən çiçəklənir. “Gallup” müəssisəsinin keçirdiyi sorğuya əsasən amerikalıların yalnız 16 faizi İranı bu ölkənin düşməni hesab edir. Halbuki 2 il öncə bu rəqəm 32 faiz idi… ABŞ xarici işlər naziri rəsmən bildirir ki, əgər biz İŞİD-i məğlub etməsək, Yaxın Şərqin gələcəyi olmayacaq. Artıq Bəşşar Əsəd də unudulub.”
Qəzet daha sonra yazır: “Noyabrın 24-nə kimi İranın nüvə məsələsinin həll oluncağını gözləmək çox çətindir. Bir çox ekspertlər müzakirələrin vaxtının daha 2 ay uzanılacağı qənaətindədir. Obama hökuməti İranla anlaşmada konqresin mövqeyini gözləməyəcəyi ilə bağlı mesaj verib… Hazırda bir çoxları İŞİD-lə mübarizədə ABŞ və İran əməkdaşlığının tərəfdarıdır. Bu isə Obamaya İranın nüvə məsələsində yaranmış problemin həllində yetərli kart hesab oluna bilər.”