Son illərdə avropalı alimlər heyvanların intim həyatı ilə bağlı geniş araşdırma və müşahidələr aparıblar.
Müəyyən olunub ki, əksər heyvanlar – məməlilər, hörümçəkkimilər, həşəratlar, quşlar və sürünənlərin böyük hissəsi intim həyatlarında poliqamiyaya (yəni 2 və daha çox cinsi partnyora) üstünlük verirlər.
Adətən, tərəf müqabilinin seçimi, yəni cütləşmək dövrü heyvanlarda müəyyən dövrülüklə müşahidə olunur. Cütləşmə mövsümündə əsasən erkək heyvanların orqanizmində cinsi hormonların sayı kəskin artır. Onlar bunu özünəməxsus davranışları ilə – rəngini dəyişməsi, özlərinə yuva tikməsi, biri-biri ilə döyüşlər təşkil etməsi və s. hiss etdirirlər.
Cütləşmə mövsümündə özünə tərəf müqabili axtaran erkək və dişi heyvanlar arasında cinsi seçmə prosesi baş verir.
Cinsi seçməni xarici təsirlər (yaşayış arealı, digər heyvan növləri ilə rəqabət və s.) yox, dişi heyvanlar müəyyən edir.
Bunun üçün erkək heyvanlar arasında ciddi rəqabət mövcud olur. Heyvan orqanizmləri bir hüceyrəlidən onurğalıya qədər nə qədər mürəkkəb quruluşa malik olurlarsa, onların cinsi seçmə zamanı tələbləri və biri-biri ilə olan münasibətləri də bir o qədər mürəkkəb və çox şaxəli olur.
Modern.az ayrı-ayrı heyvan siniflərində mövcud olan cinsi seçmə prosesi ilə bağlı müxtəlif dövrlərdə araşdırma aparan mütəxəssislərin fikirlərinə istinadən yazılar təqdim edir.
Bu dəfə heyvanlar aləminin sürünənlər sinfindən, daha doğrusu bu sinfin ilan və qurbağa kimi növlərinin intim həyatından bəhs ediləcək.
Sürünənlər sinfinin nümayəndələri həm suda, həm də quruda yaşayırlar. Bu sinfə ilanlar, tısbağalar, kərtənkələlər, timsahlar, qurbağalar və s. daxildir. Sürünənlərə daxil olan heyvanların hamısı onurğalı və mürəkkəb orqanizmə malikdir. Onların intim həyatına gəlincə, fərqli mühitlərdə yaşamalına baxmayaraq, sürünənlərin hamısı quruda cütləşir. Dişi sürünənlər 2 yolla – yumurta qoymaqla, yaxud diri bala doğmaqla nəsil artırır. Yumurtlayan sürünənlərin yumurtaları çoxqatlı və bərk olur. Həmin qatlar yumurtanı qurumaqdan və onun içindəki embrionun sağlam dünyaya gəlməsinə şərait yaradır. Yumurta qatları vitaminlərlə zəngin olduğu üçün sürünənlərin balaları inkubasiya dövründə embriondan kiçik canlıya çevrilməyə qədər olan bütün mərhələləri yumurtanın içində keçir. Sürünənlərin cütləşməsi mövsümün müəyyən vaxtlarında, əlverişli məqamlarda baş tutur.
Cütləşmə, yumurtaya qalma, yumurtanı qoyma, yumurtadan balaların çıxması və s. qısa zamanda baş verən proseslərdi.
İlanlar – sürünənlər sinfini pulcuqlular dəstəsinə aid yarımdəstədir. İlanlar həm suda, həm quruda yaşayan çoxsaylı növlərə ayrılır. Onların bəzi növləri doğuş, bəziləri isə yumurta qoymaqla çoxalırlar. Həm dişi, həm də erkək ilanlarda cinsi orqanlar quyuq hissəsində, onurğanın iki tərəfində yerləşir. Onlar xüsusi kanallar vasitəsilə cütləşmə mövsümündə açılır. Bu mövsüm isə yazda, sürünənlərin çoxu qış yuxusundan ayılanda başlayır. Bu zaman aqressiv olan erkəklər dişin ilanı izləyərək onu tutur, dişləri ilə boğazından yaxud belindən dişləyir, gövdəsinin ətrafın sarılır və cütləşir. Ona görə də “cütləşmə mövsümü”ndə dişilərin əksəriyyətinin dərisində yaralar və cızıqlar olur. Bu mövsümdə dişilər xüsusi iy yayaraq erkək ilanların onları tapmasına kömək edir. Cütləşmə qrup halında olur. Belə ki, dişini dövrəyə alan çoxsaylı erkəklər onunla cütləşirlər. Lakin yalnız ilk cütləşən ilan xüsusi tərkibli maddə ifraz edərək dişi ilanın klaokasını “möhürləyir”.
Bundan sonra heç bir erkək ilan onunla cütləşə bilmir. Əksər ilanlar diri doğsa da, boa və gürzələr yumurtadan balaları çıxana qədər yumurtanı içərilərində gəzdirirlər. Yumurtalar çoxqatlı olduğu üçün xarici təsirlərdən asanlıqla qorunur və elastik olur. Gürzələrin bir çox növləri və su ilanları isə quruya çıxaraq diri bala dünyaya gətirirlər. Afrikadakı mamba ilanları isə bir dəfə cütləşdiyi erkəyin spermasını 7 ilə qədər öz daxilində saxlaya bilər. Ona görə də cütləşmədən illər sonra belə yüzlərlə bala doğula bilər.
Bəzi ilanlar isə hamrofrodit- yəni həm erkək, həm də dişi cinsi orqanların daşıyıcısı olur. Belə ilanlar Cənubi Amerikadakı Kaimada-Qrande adasında rast gəlinir. Ada botropsu adı verilən bu ilanlar həm erkək kimi dişi botropslarla cütləşə, həm də dişi kimi nəsil verməyə qadirdir. Hamrofrodit ilanlara görə ada botropsları arasında erkəklərə ehtiyac yoxdur və bu səbəbdən onların sayı kəskin azalıb.
Qurbağalar – yumurta qoymaqla çoxalan sürünənlər sinfinin nümayəndəsidir. Cinsi yetişkənlik dövrü onlarda 3-4 yaşlarında çatır. Bu zaman onlar su kənarlarına toplaşaraq öz ölçülərinə uyğun dişi axtarmağa başlayırlar. Amma cütləşəcəyi partnyoru dişi qurbağa özü seçir.
Cütləşmə mövsümündə erkəklər dişi qurbağaların diqqətini cəlb etmək üçün quruldamağa, mahnı oxumağa və rəqs etməyə başlayırlar. Onlar həm də rənglərini dəyişirlər. “Colostethus trinitatis” qurbağası budaqdan-budağa tullanmaqla,“Palmatus” isə dişi qurbağanın yaxınlaşmasını görərkən maraqlı pozalarda dayanır və hətta əli ilə onu salamlaya da bilər. “Collaris” qurbağaları isə dişi cinsin önündə “nikah rəqsi” oynayır. Öncə dişiyə doğru yanaşır, sürətlə quruldayır, sonra qəfil geriyə çəkilir, əyilib-qalxır və yerində üfüqi vəziyyətdə donur. Əgər bu mərasim dişinin xoşuna gəlmirsə, o, başını arxaya çəkir və tünd sarı rəngli boğazını göstərir. Xoşuna gəlsə isə rəqsə tamaşa edir və erkək qurbağanın arxasınca gedir.
Avstraliyada yaşayan “Rheobatrachus silus” qurbağasının nəsli 1980-ci illərdə kəsilib. Vəhşi təbiətdə artıq rast gəlinməyən bu qurbağalar öz intim həyatlarının qeyri-adiliyi ilə seçilirdi. Belə ki, erkək qurbağa ilə cütləşdikdən sonra dişi qurbağa yumurta qoyurdu. Daha sonra isə o, həmin yumurtaları udurdu. Qurbağanın orqanizmindəki prostaqlandin maddəsi mədə şirəsinin ifrazına mane olur və nəticədə yumurtaların uzun müddət mədədə qalmasını təmin edirdi. Balalarının yumurtadan çıxmaq vaxtı çatanda dişi qurbağa sadəcə onları ağzından çölə tullayır.
Cənub Amerikanın Amazon çayı sahillərində yaşayan “Rhinella proboscidea” qurbağalarının intim həyatında isə dəhşətli məqamlar var. Belə ki, bu növ qurbağalarda erkəklərin sayı dişilərdən 10 dəfə çox olduğu üçün erkəklər cütləşmək hüququnu əldə etmək üçün biri-biri ilə amansız rəqabət halında olurlar. Dişi kərtənkələni mühasirəyə alan erkəklər sıx həlqə yaradırlar və çox vaxt bu sıxlıqda dişi kərtənkələ boğularaq ölür. Amma maraqlıdır ki, sağ qalmış dişilər uğrunda mübarizə aparmaq yerinə onların çoxu ölmüş dişilərlə cütləşirlər. Elmdə bu anormal hadisəyə “funksional nekrofiliya” adı verilib.