“Çəkilişlər bir neçə gün davam edəcək”.
Məşhur azərbaycanlı rəqqasə, Hindistanda keçirilən “India’s Best Cine Stars Ki Khoj” istedad müsabiqəsinin qalibi Oksana Rəsulova Hindistanın ZEE TV-sində yayımlanan “Maharakshak Aryan” serialında rol alıb.
Rəqqasənin Oxu.Az-a verdiyi məlumata görə, serial “India’s Best Cine Stars Ki Khoj” layihəsi gedərkən lentə alınıb.
“Serialda mənə baş rollardan biri təklif olunub. Çəkilişlər bir neçə gün davam edəcək. Hind filmində çəkilmək mənim çoxdankı arzum idi. Yaxın zamanda mən yenidən Hindistana üz tutacam və aktrisalıq fəaliyyətimə davam edəcəm” , – deyə Oksana Rəsulova bildirib.
Oksana Rəsulovanın çəkildiyi seriala aşağıdakı linkdən baxa bilərsiniz: