Əməkdar artist Tünzalə Ağayeva kişi və qadın münasibətlərindən danışıb.
Axşam.az-ın məlumatına görə, “Gün üzü” verilişinin qonağı olan müğənni illər keçdikcə xasiyyətcə dəyişildiyini etiraf edib:
“Güvən olmayan yerdə hüzur olmaz. İnsanlar bir-birinə qarşı inamı artıranda, sevgidə münasibət, etibar anlayışı başqa olur. Hər birimiz zamanla dəyişirik. Mən beş il əvvəlki Tünzalə deyiləm. Dəyişməyə çalışıram. İnsan buna can atmasa, dar düşüncədə qalsa, həyat maraqsız keçər. Sevgidə insanlar emosiyalarını ikilikdə yaşamalıdırlar. Əsəbiləşirsən, bir sillə vur, sonra öp, bitdi. Bu kişi və qadının şəxsi işidir. Amma bəziləri var ki, qısqanclığı cəmiyyət içində göstərir. Bu da ifrata varmaqdır”.