İraqda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlunun avtomobil karvanında qəza baş verib.
Qəzada karvanın avtomobillərindən biri yoldan çıxaraq aşıb. Nəticədə Davudoğlunun işçilərindən Loğman Candemir və avtomobilin sürücüsü yaralanıb. İraqlı sürücünün ayağı amputasiya edilib, vəziyyətinin ağır olduğu deyilir.
Əhməd Davudoğlu yaralıları xəstəxanada ziyarət etdikdən sonra proqrama uyğun olaraq görüşlərə davam edib.
Qafqazinfo.az
Başbakan Davutoğlu’nun Konvoyunda Kaza haberler