Ermənistandan olan və Qarabağda ölən əsgərlərin anaları prezident Serj Sərkisyanın iqamətgahına hücüm çəkiblər.
ANS PRESS-in məlumatına görə, polis 2007-ci ildə Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində yerləşdirilmiş Ermənistan hərbi hissələrində xidmət keçərkən öldürülmüş Tiqran Ohacanyanın anası Qoar Sarkisyan və 2013-cü ildə ölmüş Arman Muradyanın atası Ovsep Muradyanı prezident iqamətgahının qarşısından qova bilib.
Polis Serj Sərkisyanın qonaq gözlədiyini və iqamətgahın qarşısını tezliklə təmizləmək tapşırığı aldıqlarını bildirib. Polis ölmüş əsgərlərin valideynlərinin iqamətgah qarşısından uzaqlaşdıra bilib.
Bundan bir neçə dəqiqə sonra isə iqamətgah qarşısında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin avtomobili görünüb. Polis əsgər valideynlərinin Kasprşiklə görüşünə imkan verməyib.
Aksiya iştirakçıları prezident iqamətgahı qarşısından çəkilərək Ermənistan parlamenti önünə gəliblər. Burada onlar ölən əsgərlərin rəsmi ölüm səbəblərinin yanlış yazıldığına etiraz edərək onlara həqiqətin söylənilməsini tələb ediblər.
Parlament qarşısından da qovulan ölmüş əsgərlərin valideynləri Böyük Britaniyanın İrəvandakı səfirliyinin qarşısına toplaşaraq aksiya təşkil ediblər.