Ağdamın “Qarabağ” klubu növbəti qələbəsini qazanıb.
ANS PRESS-in məlumatına görə, səfər oyununda “Bakı”ya qonaq olan “Qarabağ” matç zamanı özünü heç də qonaq kimi aparmayıb.
“Bakı”lıların qapısından 4 qol keçirən Ağdamlılar meydançadan 4:2 hesablı qələbə ilə ayrılıblar.
Oyunda Nuran Qurbanov (10), Risto Ristoviç (30), Emeqara (6, 15), Reynaldo (69) və Leroy Corc (78) fərqlənə bilib.
Beləliklə aktivindəki xalları 21-ə yüksəldən “Qarabağ” 1 oyun fərqlə liderliyə yüksəlib. “Neftçi”nin “Simurq”la oyunda xal itirəcəyi təqdirdə Ağdamlılar ilk pillədəki mövqelərini qoruyacaqlar.