ABŞ Ukraynaya maliyyə yardımı edəcək.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ hökuməti Ukrayna üçün 320 milyon dollar dəyərində maliyyə vəsaiti ayırıb.
Bu barədə Ağ evin mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, bu vəsaitin böyük hissəsi Ukrayna ordusunun hərbi təchizatının yaxşılaşdırılması və sərhədlərin təhlükəsizliyinin gücləndirilməsi üçün nəzərdə tutulub.