Türkiyədə “Cicişlər” kimi tanınan Esra və Ceyda Ersoy bacıları qalmaqalları ilə ad çıxarıblar.
Onların Beyaz TV telekanalında Tahir Sarıkayanın “Uyan Türkiyem” proqramındakı danışıqları isə gülüş doğurub.
Milli.Az AHT-yə istinadən bildirir ki, aparıcının siyasətlə bağlı suallarını cavablamağa çalışan bacılar “İŞİT nədir?” sualını eşidəndə döyüküblər, dəqiq cavab verə bilməyiblər.