“Sevilya” ilə oyunda het-trik etməklə İspaniya La Liqasının ən çox qol vuran (253) oyunçusu olan “Barselona”nın hücumçusu Lionel Messi bu tarixi uğuruna şərh verib.
Özünün rəsmi Facebook səhifəsində o, əvvəlcə azarkeşlərə dəstəkləri üçün təşəkkür edib. Messi Facebookda “Barselona”da vurduğu ilk qolun videosunu da paylaşıb.
“Mən ilk qolumu vuranda ağlıma da gəlməzdi ki, nə vaxtsa böyük Telmo Sarrenin (buna qədər 251 qolla La Liqa tarixində ən çox qol vuran oyunçusu olmuş “Atletiko”nun futbolçusu – red.) uğurunu təkrarlayacağam. Bu qolları uzun illər ərzində mənə dəstək olan insanların sayəsində vurmuşam. Çox sağ olun ki, mənimlə olmusunuz. Həmçinin bu uğurumu indi bizimlə birgə olmayan, dünyasını dəyişmiş insanlara həsr edirəm” – deyə Messi qeyd edib. (qol.az)