Bu gün səhər saatlarında ANS TV-də yayımlanan “Salam Azərbaycan” verilişində maraqlı anlar yaşanıb.
Verilişin aparıcısı Aytən Səfərova NİİM-in əməkdaşı Pərvin Mətləbqızına maraqlı suallar verib. Belə ki, yollarda hərəkətin vəziyyəti ilə tanış olmaq üçün telekanal NİİM-lə canlı bağlantı qurub. Aparıcı, NİİM-in əməkdaşına mövzudankənar suallar ünvanlayıb. Şəxsi həyatı ilə bağlı suallar verən Aytən Səfərova, xanımı utandırıb.
AzVision.az Media təqib Mərkəzinə istinadən həmin görüntüləri sizə təqdim edir: