Müğənni Bahar Lətifqızı uşaqlığında keçirtdiyi çətinliklərdən danışıb.
Gecce.az atvxeber.az-a istinadən xəbər verir ki,uşaqlıq illərini internet məktəbində keçirən ifaçı bu gün anasını bağışladığını qeyd edib:
“Həyatın ən bərk şilləsi anamım məni və qardaşımı internat məktəbinə aparması günüdür. Əlbəttə onu bağışlamışam. Bir dəfə sual verdim, danışdı-danışdı ürəyi getdi. Səbəbi bir Allah bilir, bir də anam. Ona qurban olaram”.
Uşaqlıq illərində keçirtdiyi çətinliklərə baxmayaraq hələ də gülümsəməyi bacaran Bahar Lətifqızı o illərin yaddaşında kök saldığını və əsla unutmadığını deyib:
“Uşağa nə lazımdır ? ana, ata, qohum, əqraba. Ümumiyyətlə ətraf. Biləsən ki, ən azından dayın, xalan, bibin var. Ən azı ağlayanda başıva tumar çəkəcəklər, bir saqqız alıb verəcəklər. Amma uşaqlığım onlarsız keçdi. Bu gün isə hər kəs yanımdadı. Mən onları bağışlamışam”.