ABŞ –ın müdafiə naziri Çak Heygel tutduğu vəzifədən istefa verib. ABŞ prezidenti Barak Obama onun istefasını qəbul edib.
Modern.az saytı xəbər verir ki, “Nyu-York Tayms” qəzeti Çak Heygelin istefasını ABŞ-ın “İslam Dövləti” (yəni İŞİD-red) terrorçu qruplaşmasına qarşı mübarizə strategiyasını dəyişməsi ilə əlaqələndirib.
Obama administrasiyasından “Assoşieyted Press”ə bildirilib ki, prezidentlə Çak Heygel istefa barədə razılığa gəliblər.
“Obama və Heygel Pentaqon başçısının dəyişməsi üçün vaxtının gəldiyi barədə razılıa gəliblər”,-deyə mənbə bildirib.
Bu arada, Ağ Ev başçısı Barak Obama Çak Heygelin vəzifəsindən getdiyini elan edib. O, ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Çak Heygelin iştirakı ilə mətbuata bəyanatla çıxış edib: “Çak Heygel qeyri-adi nazir idi. O, Vyetnamda xidmət edib və hərbi qulluqçuları daha yaxşı anlayır”,-deyə Obama söyləyib.