Hindistanda vəhşi ayının hücumuna məruz qalan yaşlı adam faciəvi şəkildə ölüb.
Qafqazinfo.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə anı şahidlər tərəfindən kameraya çəkilib. Görüntüdə yaşlı ferma sahibi ayının pəncəsindən xilas olmağa çalışsa da cəhdləri baş tutmur və ayı adamı parçalayıb yeyir.
Yerli polislərinin verdiyi məlumata görə, hadisə zamanı yaşlı adamı ayının əlindən qurtarmaq istəyən bir nəfər də ağır yaralanıb.
Ayını yalnız polislər gəldikdən sonra öldürmək mümkün olub.