Sosial çarxda Könül Nağıyeva, aparıcı Şəhriyar Əbilov və digərləri çəkilib.
Azərbaycanda anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən sosial öhdəlikli videoçarx hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu çarx ilk dəfə 20-22 noyabr 2014-cü il tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən “Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər” adlı beynəlxalq konfransın Ümumdünya Uşaq gününə həsr edilmiş rəsmi tədbirində nümayiş edilib.
Sosial çarxda Nargis nəşriyyat evinin direktoru Könül Nağıyeva, aparıcı Şəhriyar Əbilov və digərləri çəkilib.