Xocalı faciəsi zamanı əsir düşüb sonra azad edilən Leyla Səyyadova və onun həyat yoldaşı, Qarabağ müharibəsi iştirakçısı Tanrıverdi Səyyadov üç azyaşlı övladı ilə birgə çöllərdə qalıblar.
Ailə üç aya yaxındır ki, evsizdir:
“Ev pulu verə bilmədiyimizə görə bizi küçəyə atdılar. 17 gün Akademik Dram teatrının yanında olan skamyalarda gecələmişik. Həyat yoldaşım xəstədir. O, istefada olan hərbçidir. 4 il Qarabağda döyüşüb.
8 yaşında olan zaman anamı girov götürüblər. Ermənilər anamın başını kəsdilər. Mən özüm də əliləm, sağ gözüm görmür. 1 il yeddi ay əsirlikdə olmuşam. Başımın yarısı yoxdur, silikondur. Bir sot torpağımız var. Xahiş edirik ki, heç olmasa üstündə vaqon alıb orada yaşamağımıza kömək etsinlər. Uşaqlar yazıqdır. Soyuq qış günlərində çöldə qalmasınlar”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.