“Bakıda baş tutacaq I Avropa Olimpiya Oyunlarına görə, 2015-ci ildə buraxılış imtahanları may ayında keçirləcək. Bu, hələ tam dəqiqləşməyib, lakin hazırda Təhsil Nazirliyi ilə birgə iş gedir. Olimpiada oyunlarından əvvəl imtahanları bitirməyi düşünürük. Tam vaxtı bilinmir. Lakin Bakıda və rayonlarda imtahanların oyunlardan əvvəl keçirilməsi nəzərdə tutuliur. Vaxtı dəqiqləşdirib deyəcəyilk”.
Modern.az saytı xəbər verir ki, bunu 2015-ci ildə orta məktəblərdə buraxılış imtahanlarının vaxtının əvvələ keçirilməsindən danışan TQDK sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə deyib ki, 11-ci siniflərin buraxlış imtahanlarına daha bir fənn əlavə olunacaq.
“Kim hansı xarici dili fənn keçirsə, ondan imtahan verəcək ( ingilis, rus və s. ), 9-cu siniflərə heç bir fənn əlavə olunmayacaq, 2 fənndən imtahan verəcəklər”.
TQDK sədri həmçinin komissiyanın binasının köçürülmə səbəbləri ilə bağlı sualları da cavablandırıb. O bildirib ki, hazırkı bina qəzalı vəziyyətdədir:
“Binanın bünövrəsində çatlar var. Bəzi avadanlıqları binadan təcili çxarmaq tövsiyə olunub. Yeni alınmış avadanlıqları bura yox, kirayə tutulan başqa bir binaya yerləşdirmişik.
Bundan başqa bizim təşkil etdiyimiz seminarlarda 200-300 nəfər iştirak edir ki, onların da bu binada olması təhlükəlidir. Buna görə də seminarlar da kirayə tutulan başqa binada keçirilir. Bu bina sökülməlidi və sonra yeni bina tikiləcək”.