“Rusiya prezidenti Vladimir Putinin iki illik iqtidar dövrü qalıb”.
AzVison.az-ın məlumatına görə, bu iddia ilə İngiltərənin məşhur “Economist” jurnalı çıxış edib.
Jurnalın iddiasına görə, Rusiya iqtisadiyyatı bu il Qərb dövlətlərinin sanksiyalarına və neftin qiymətinin sürətli enməsinə görə 110 milyar avro itirəcək. Eyni zamanda Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə Rusiya bu il 32 milyard avro ziyan edəcək.
Məlumat üçün bildirək ki, Rusiyanın maliyyə naziri Anton Siluanov ötən gün bu barədə açıqlama verib. O, bildirib ki, ölkə üçün əsl təhlükə sanksiyalar yox, benzinin qiymətindəki enişdir. Onun sözlərinə görə, benzinin qiymətinin aşağı düşməsi ilə Rusiya 70-80 milyard avro zərər görəcək.