Azərbaycanın hava məkanını pozduğuna görə vurulan Ermənistan Silahlı Qüvvələri vertolyotunun pilotları ilə vida mərasimi keçirilir.
Virtualaz.org saytı erməni nəşrlərinə istinadən xəbər verir ki, vida mərasimini bütün ermənilərin katolkosu II Qareginin rəhbərliyi altında keçirilir.
Nor Norkadakı Surb Sərkis kilsəsində keçirilən mərasimdə Ermənistan prezidenti Serj Sərkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan və ölkənin siyasi rəhbərliyinə daxil olan digər şəxslər iştirak edib. Tədbirə qondarma “DQR” rejiminin nümayəndələri də qatılıb.
Xəbərdə deyilir ki, Ağdamda vurulmuş “Mi-24” vertolyotunun pilotlarının cəsədləri sabah – noyabrın 25-də günorta saat 13 radələrində “Erablur” məzarlığına aparılacaq və orada dəfn ediləcək.