“Sabah məni xərəkdə xüsusi təyyarəyə mindidib, İsrailə aparacaqlar. Həyat yoldaşım Nüşabə xanım olmadan heç hara gedə bilmərəm. O da yanımda olacaq”.
Bu sözləri Modern.az saytına uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu bildirib.
Vaqif Səmədoğlu hazırda özünün yaxşı hiss etmədiyini də söyləyib: “Özümü yaxşı hiss etmirəm. Halım heç özümdə deyil…”.
Qeyd edək ki, xalq şairi müalicəsini davamlı olaraq İsraildə və vətənda davam etdirir.