71 il əvvəl, yəni 23 avqust 1943-ci ildə Kurskda Böyük Vətən müharibəsində SSRİ-nin qələbəsi üçün həlledici döyüşlərdən biri başa çatıb. Ay yarım ərzində sovet qoşunları ilə döyüşən üçüncü reyx ordusu qana büründü. Yaralı və ölənlərin sayı 500 min nəfərə çatdı, 1500 tank və 1700 təyyarə məhv edildi. Bu məğlubuyyətdən sonra faşist Almaniyası özünə gələ bilmədi. Almanlar bütün Şərq cəbhəsində geri çəkilməyə başladılar. Faktiki olaraq, bu döyüşdə sovetlərin qələbəsi isə hələ 1943-ci il aprelin 12-də təmin olunub. Bu gündə sovet kəşfiyyatıçısının məharəti sayəsində gələcək “İstehkam” əməliyyat planı Stalinin masasının üzərinə qoyuldu. Bu plan reyxin bütün generalları tərəfindən imzalanmışdı – Hitler özü isə həmin planı yalnız üç gündən sonra gördü! SSRİ məhz kəşfiyyatçısının uğuru sayəsində düşməni sarsıda bildi. Bu zamanadək Hitlerin əhatəsində olan , “İstehkam” planını əldə etmiş agentlərin adları məxfilikdən çıxarılmamışdı. Onların yalnız şərti adları məlum idi – Verter və Olqa.
Ən varlı agent
Hesab edilir ki, Berlindən sənədlərin oğurlanmasında “Vita-Nova” nəşriyyatının sahibi Rudolf Rössler əsas rol oynayıb. 1942-ci ilin noyabrında SSRİ Baş Qərargahının Baş kəşfiyyat idarəsinə, Hitlerin hakimiyyətə gəlişindən sonra İsveçrəyə mühacirət etmiş bu 45 yaşlı alman, özü öz xidmətlərini təklif edib. Ona şərti olaraq, Lyusi ləqəbi verilib. Rössler Sovetlər Birliyinin xüsusi xidmət orqanlarına təkcə “İstehkam” planını deyil, həm də “Panter” alman tank layihələri və digər qiymətli məlumatları təqdim edib. Maraqlısı budur ki, xarıcdə işləyən əksər sovet agentlərdən fərqli olaraq, Rössel kommunist deyildi. O, yalnız pul naminə çalışmışdı və SSRİ kəşfiyyat tarixində ən varlı agent sayılırdı. Dəqiq rəqəm məlum deyil, lakin qərb qəzetləri inandırırdılar ki, son “İstehkam ”a görə Rudolf təxminən 500 min frank alıb.
Rudolf Rössler
“Rössler – dünya casusluq tarixində olduqca müəmmalı şəxsiyyət olub, – isveçrəli tarixçi-tədqiqatçı Ditrix Mayns belə hesab edir. “Almanların Avropaya hücumunun ilk dövrlərində o, sanki, pomidor bazarında ticarətlə məşğul olurmuş kimi, İsveçrə, ABŞ və Britaniya xüsusi xidmət orqanlarına sirlərini satırdı, sonra isə SSRİ-yə kömək etmək qərarına gəlib. Onun sözlərinə görə, “təkcə Sovet İttifaqı müharibəni uda bilər”. Qəribədir, amma 1944-ci ilin mayınadək sovet kəşfiyyatı hətta onun əsl adını bilmirdi! O, Birinci dünya müharibəsinin iştirakçısı idi və Üçüncü reyxin çox sayda ali zabitləri ilə tanış idi. Ehtimal var ki, Lyusi Hitlerin qərargahı ilə əlaqə qururdu və ona 200-ə qədər agent işləyirdi!
Bunlardan yalnız Verter – əməliyyatlar barədə məlumat vermiş şəxs, Olqa , Anna, (reyxdə XİN-də işləmiş), Teddi və Billinin adları məlumdur. “Moskva agentlərinin real adlarını bildirməyi dəfələrlə tələb etsə də, Rudolf Rössler bunu qəti surətdə rədd edib. Belə bir fikir var ki, o, yalnız öz əcəli ilə (11 dekabr 1958-ci il) dünyasını dəyişməzdən bir qədər əvvəl onların adlarını SSRİ Radiotezliklərin İdarə Olunması Dövlət İdarəsinə açıqlayıb. Düzdür, Rusiya xüsusi xidmət orqanları bu günə kimi bu məsələlərlə bağlı açıqlama vermir. Hətta Kursk döyüşündən 71 il keçməsinə baxmayaraq, Lyusi agentinin işi üzrə sənədlər hələ də gizli saxlanılır və bu, çoxlu fərziyyələr qurmağa imkan verir: “İstehkam” sənədlər planının şəklini çəkmiş və sonra İsveçrəyə Olqaya göndərmiş Verter adlı agent kim idi? Və ümumiyyətlə, belə bir adam var idimi? Qərbi Almaniyanın “Şpigel” jurnalı 1967-ci ildə maraqlı bir araşdırma dərc edib. Orada iddia edilir ki: Berlində Rössler üçün cəmi bir xəbərçi işləmişdi, digərlərini isə o, özü uydurub ki, öz əhəmiyyətini vurğulasın və ruslardan “daha çox pul qazansın”. Yazıçı Helmut Röver özünün “İkinci dünya müharibəsində Alman və sovet casusluğu” adlı kitabında Rösseli kələkbaz adlandırıb : pula həris olan Rudolf , Moskvaya və Londona məlumatları adi qəzet kəsiklərindən göndərirmiş… Amma nə “Şpigel”, nə Röver bu “aldadıcı” və “kələkbazın” “Panter” tank layihələrini və “İstehkam” gizli planını necə əldə etdiyini izah edə bilməyiblər. Axı hətta ali komandanlığının operativ rəhbərliyin başçısı, general-polkovnik Alfred Yold Nyurnberq məhkəməsində deyib: “Stalin Kurska bizim hücum barədə sənədləri, onlar şəxsən mənə gəlib çatmamışdan əvvəl görmüşdü”.
Kəşfiyyatda sevgi…
Bu müəmma vaxtilə İsveçrədəki “Dora” sovet kəşfiyyat qrupunun başçısı Şandor Radonu da təəccübləndirmişdi: Rössler Hitlerin qərargahından məlumatları necə belə sürətlə əldə edə bilib? Bu haqda isveçrəli jurnalist Pyer Lomye bildirir. Sonralar qələminin məhsulu olan memuarlarda o, qeyd edirdi – bunun üçün bir neçə kuryer cəlb olunsaydı və onlar gecə-gündüz Berlin və Lyusern arasında işləsəydilər belə, bu fiziki cəhətdən mümkün olan iş deyildi.
Şandor Rado
Rösselin mənzilndə radio stansiyası olmayıb və onun radist sənəti ilə tanışlığı belə yox idi. Ola bilsin ki, Verter və Olqa Berlindən İsveçrəyə vəkil edilmiş şəxsə öz radioqramlarını ötürürdülər, daha sonra isə “Dora” materialları Moskvaya göndərirdi . Almanlar Almaniya sərhədində sovet kəşfiyyatının işini müşahidə edərkən, dəhşətə gəlmişdilər. 1943-ci ildə onlar hiyləgər bir manevr etdilər: İsveçrəyə Hans Peters adlı bir casus göndərdilər. Bu gözəl xarici görünüşə malik olan oğlan, həm də qadınları ələ almağı bacarırdi. Məlumdur ki, kəşfiyyat tarixində bu üsuldan tez-tez və uğurla istifadə ediblər. Peşəkar agent Peters tez bir zamanda “Dora” – nın 23 yaşlı telefonoqramçısı Marqarita Bollini ələ aldı. Bolli həmin məhəbbət görüşlərinin birində ona şifrli teleqramlar üçün istifadə olunan kitabın adını dedi – “Hər şey sentyabrda başlamışdı” – və… Bolli 1943-ci il oktyabrın 13-də İsveçrə polisi tərəfindən həbs edilir, 1944-ci ilin mayında isə hakimiyyət artıq Rudolf Rösseli də istintaqa cəlb edərək saxladı.
Almaniya çox böyük təkidlə İsveçrə hakimiyyətindən Lyusinin təcili onlara verilməsini tələb edirdi – Üçüncü reyxin xüsusi xidmət orqanlarında Kursk döyüşündə Hitlerin məğlubiyyətinin birbaşa səbəbkarı olan Verterin əslində kim olduğunu bilmək üçün çox tələsirdilər. Lakin dindirilmə zamanı Rudolf susurdu və bu arada Almaniyanın cəbhədə işləri çox pis gedirdi. Bunu nəzərə alaraq, İsveçrə SSRİ ilə münasibətini korlamaq istəmədi. Nəticədə Rössel bir neçə ay sonra tam bəraət aldı. Marqarita Bolli isə canını yüngül cəza ilə qurtardı – 500 frank cərimə və 9 ay şərti həbs. Müharibədən sonra Rössler öz fəaliyyətini davam etdirərək, Şərqə Qərbi Almaniyanın kəşfiyyat məlumatlarını verib. Buna görə o, həbs olunub və 1 il cəza alıb. Azad edildikdən az sonra dünyasını dəyişib. “Mən üç gün Bazeldə Marqarita Bollini tapmağa cəhd etdim”, deyə isveçrəli jurnalist Pyer Lomye yazır: “Onun öz əri ilə 1956-ci ildə bura köçdüyü bəlli idi. Telefonoqramçı indiyə qədər yaşayırmı, bunu demək çox çətindir, amma mətbuatda onun ölməsi barədə məlumat yoxdur. Lakin Bazelin məlumat xidmətindən onun ünvanını tapmaq mümkün olmadı, bəlkə də o, başqa adla yaşayır. Bu arada Bolli yeganə (Rudolf Rösseldən başqa) “Dora” qrupunun üzvü idi ki, Berlində Verter agentinin adı və vəzifəsinı bilirdi. Şübhəm yoxdur ki, belə bir adam mövcud olub. Amma, lənət şeytana, bəs o, kimdir? “