Adrenalin həvəskarı yerdən 280 metr hündürlükdə əcəli ilə oynadı. Sərgilədiyi qorxulu perfromanslarla dünya şöhrəti qazanan rumıniyalı Flaviu Çernesku Piteşti şəhərində nəfəskəsən şouya imza atıb. Heç bir təhlükəsizlik tədbiri görməyən şəxs göydələnin tüstü bacasına dırmaşaraq nazik dəmir parçası üstündə kəndirbazlıq edib.
ATVxəbər.az bildirir ki, 32 yaşlı Flaviu 280 metr hündürlüyü olan bacaya dırmaşmaq üçün sözün əsl mənasında mümkün olan bütün təhlükələri gözə alıb. O, ilk olaraq 20 metr hündürlükdəki nərdivana çatmaq üçün elektrik kabelindən tutaraq dırmaşıb. Daha sonra köhnə dəmir pilləkənlə yuxarı qalxan rumıniyalının heç bir təhlükəsizlik tədbiri görmədiyi görüntülərdə də öz əksini tapır.
Bununla belə, tikilinin ən hündür nöqtəsinə dırmaşan Flaviu baca üzərindəki dəmirlərin üstündə də yeriməyə qərar verib. 280 metr hündürlükdə tarazlığını tənzimləyən adrenalin həvəskarı heç kimin cəsarət edə bilməcəyi performansı salamat şəkildə başa vura bilib. Bununla belə Flaviu 275 metr hündürlükdə qorxduğunu etiraf edib. O buna səbəb kimi nərdivanın dəmirlərinin paslı və çürümüş olmasını səbəb kimi göstərib.
Qeyd edək ki, Flaviu Çernesku ötən ilədək ofislərin birində iş-güc sahibi idi. Öz ərizəsi ilə işdən çıxan rumıniyalı bütün diqqətini məhz bu cür ekstremal dırmanma sahəsinə yönəldib.