Ramiz Novruz “Düzünü desək” verilişində qonaq olub.
Gecce.az xəbər verir ki, peşəsi və ailə münasibəti ilə sənət dünyasına örnək olan aktyor Ramiz Novruz övladları ilə də olan ünsiyyətindən söhbət açıb. Onun dediyinə görə, övladlarına qarşı heç də əzazil ata deyil. Əksinə aralarında dostluq münasibətləri var.
“Övladlarımla çalışıram ki, dost olum. Onlar analarına belə deyə bilmədikləri sözləri mənə deyirlər. Qapalı, əzazil atalardan deyiləm. Hər zaman sənət seçimlərində də onlara dəstək olmuşam. Uşaqları bacarmadıqları sahəyə yönəltmək olmaz. Əgər onun həkimliyə savadı, bacarığı yoxdursa, nə etsən faydasızdır.
Çox vaxt mən də onlardan məsələhət alıram. Bəzən istər getdiyim verilişlər, istərsə də çəkildiyim seriallar olsun övladlarımdan məsləhət alıram. Çox vaxt deyirlər ki, “Papa, o verilişə getmə” mən də getmirəm.”