Keçirilən tədbirlərdən birinin videoyazısı yayılıb.
İnternetdə Rövnəq Abdullayevin keçirilən konfranslardan birində tələbənin cavabını əks etdirən video-görüntüsü yayımlanıb.
Oxu.Az xəbər verir ki, konfransda Qafqaz Universitetinin tələbəsi olan Mahir Haşımovun “PETKİM-ə necə işə düzələ bilərəm?” sualına Rövnəq Abdullayev “yeni universitet məzunları birbaşa olaraq böyük kommersiya layihəsi olan PETKİM-də işləyə bilməzlər” cavabını verib.
Qeyd edək ki, PETKİM Petrokimya Holding A.S-in səhmlərinin 61,32%-i Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkətləri olan Socar Turkey Enerji A.Ş. və “SOCAR İnternational DMCC OGG”yə məxsusdur. Səhmlərin 38,68%-i İstanbul fond birjasında sərbəst dövriyyədədir.
Adıçəkilən videonu oxucularımıza təqdim edirik.