Azərbaycanlı iş adamı Araz Ağalarovun maliyyə dəstəyi ilə dünən Rusiyanın ikinci ən böyük piyada yolunun açılışı olub.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, tikintisinə ötən ildən başlanılan körpünün ümumi uzunluğu 422,55 metrdir. Səkkiz yüz milyon rubla başa gələn körpü 45 mindən çox insanın nəqliyyat problemini həll edəcək. Belə ki, daha əvvəl sakinlər paytaxta gələ bilmək üçün bostanlardan və donmuş göl üzərində keçmək məcburiyyətində idilər.
Mərasimində iştirak edən Araz Ağalarov körpünün açılış düyməsini basıb.