`Zakir Həsənov mənə söz verdi ki, bu hallar araşdırılacaq və əlimdən nə gəlir edəcəm`.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Beyləqan Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baş çəkib.
O, bu barədə AzVision.az-a açıqlamasında məlumat verib. Hüquq müdafiəçisi qeyd edib ki, idarədə saxlanılan əsgərlərin vəziyyəti ilə tanış olub:
“Bu yaxınlarda Beyləqan Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində monitorinq keçirdim. Bir şillə və təpiyə görə həbs olunan əsgərlər orada saxlanılırdı. Bu məsələni Zakir Həsənovun diqqətinə çatdırdım. Ona dedim ki, əsgərləri bir şillə, təpiyə görə həbs etməzlər. Zakir Həsənov mənə söz verdi ki, bu hallar araşdırılacaq və əlimdən nə gəlir edəcəm. Daha sonra həmin Polis idarəsinin rəisi ilə əlaqə saxladım. O, mənə dedi ki, son vaxtlar belə hallara görə əsgər həbslərinin sayı kəskin azalıb. Bu məsələ də Zakir Həsənovun tapşığından sonra öz həllini tapdı”.
Daha sonra E. Behbudov sabiq Müdafiə naziri Səfər Əbiyevin müavini olmuş polkovnik Mehman Səlimovun həbsinə münasibət bildirib:
“Mən bilirəm ki, keçmiş nazir müavininin həbsi elə belə deyil. Cinayət xarakterli nəsə olub ki, o həbs edilib. Həmin polkovnik müraciət edərsə, onunla görüşəcəyəm. Hələ ki bizə bununla bağlı müraciət daxil olmayıb”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.