Prezident İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib.
Dövlət başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Azərbaycanda gedən iqtisadi proseslər, iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda multikulturalizm ənənələri, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq işləri və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.