Türkiyəli müğənni Ebru Gündeş azərbaycanlı müğənni Elnur Hüseynovun “O ses Türkiye” yarışmasındakı çıxışından sonra “Twitter”də bu barədə yazıb:
“Beni çok mutlu ettin, hoşgeldin #beraberiz
Meni cox sad eledin, xosgeldin Elnur”.
Ebru Gündeş Elnur Hüseynovla fotosunu da paylaşıb.
Qeyd edək ki, Elnura çıxışından sonra hansı jüri iştirakçısının komandasında təmsil olunmaqla bağlı zaman verilib. Hər kəs azərbaycanlı ifaçını öz komandasına cəlb etmek istəyib. Sözün əsl mənasında jüri Elnur uğrunda mübarizə aparıb. Elnur ən sonda qəranı verib. O, “O ses Türkiye” yarışmasında Ebru Gündeşin komandasında təmsil olunmağı seçib. Ebru Gündeş onun bu qərarını səhnəyə çıxaraq böyük sevinclə qarşılayıb. Hətta dəfələrlə azərbaycanlı iştirakçını öpərək, qucaqlayıb.