“Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi” Yeni İl Xeyriyyə Yarmarkasının Mer seçimləri başa çatıb.
Axşam.az-ın məlumatına görə, səsvermə nəticəsində qalib müğənni Miri Yusif olub.
Yarmarkanın meri 1 ay müddətində insanları xeyriyyə layihəsinə qoşulmağa səsləyəcək. O, möhtəşəm şənliyin siması qismində yarmarkanın keçirildiyi müddət ərzində qonaqlarla birlikdə olacaq.
Xeyriyyə yarmarkası dekabrın 3-dən 2015-ci il yanvarın 4-dək Fəvvarələr Meydanında keçiriləcək. Möhtəşəm Yeni il bayramı ərəfəsində qonaqlar 1 ay boyunca məşhur brendlərin təqdim etdiyi maraqlı suvenir, şirniyyat, müxtəlif dadlı təamlar və hədiyyələri əldə edə biləcəklər.
Xatırladaq ki, yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Bu il əldə ediləcək gəlirlə “NARGIS” fondu “Qocalar evi” və ağır xəstəlikdən əziyyət çəkən bir neçə uşağa yardım əlini uzadacaq.
Qeyd edək ki, yarmarkanın meri namizədləri sırasında əməkdar artist Tünzalə Əliyeva, şoumen Murad Dadaşov, müğənni Nigar Camal, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə yer almışdı.