Transparency International təşkilatı 2014-cü il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. Modern.az-ın məlumatına görə, bu il indeksdə Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alıb. Müqayisə üçün, ötən ilki indeksdə Azərbaycan 28 balla 177 ölkə arasında 127-cu sırada göstərilmişdi.
Korrupsiya Qavrama İndeksi Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi əsas hesabatlardan biridir və dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən ölkələrin sıralamasını müəyyən edir.
Korrupsiyaya görə ölkələrin sıralamasına burada baxmaq olar.