Bu gün Türkiyənın kinoteatrlarında türk mənşəli Almaniyalı rejissor Fatih Akının çəkdiyi “The Cut” filmi nümayiş olunub. FaktXəbər-in məlumatına görə, filmin nümayişində Akını 7 muhafizəçi qoruyurmuş.
Büdcəsi 20 milyon dollardan çox olan və qondarma soyqırımından bəhs edən filmin premyerasında Türkiyənin bir çox görməkli şəxsiyyətləri də iştirak edib.
Fatih Akın jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, filmə olan rəylər qənaətbəxşdir.
Filmdə erməni aktyorlar Georg Malikyan, Bart Küçükçağlayan, Arsin Xandjyan, Simon Abqaryan və başqaları çəkilib.