Fənərbaxçanın keçmiş kapitanı Aleks de Souza Koritiba-Bahia oyunu ilə professional futbol karyerasına nöqtə qoyub. Aleksin son matçında duyğusal anlar yaşanıb.
Aleks De Souza yaşıl meydanın ortasında Fənərbaxçanın bayrağını açdırıb. Qarşılaşmayüa 11-ci dəqiqədə başlayan Braziliyalı ulduz, 86-cı dəqiqədə gözyaşları içində meydanı tərk edib. Koritiba oyuna 3:2 hesabla qalib gələrkən, 90+5-də gələn qalibiyyət qolundan sonra bütün futbolçular meydanın kənarında Aleksə tərəf qaçaraq, ona sarılıblar. Koritibada bütün oyunçuların formalarına Aleksin adını yazıldı.
Yaşıl meydana 37 yaşında vida edən ulduz oyunçu oyundan əvvəl twitter hesabında türk və portuqaliya dilində «Futbol, çox təşəkkür edirəm» mesajını yayımlayıb.
Vida görüşündə Aleksin həyat yoldaşı Dianna və uşaqları da onu tək buüraxmayıb.
Oyundan əvvəl meydanın ortasında Aleks vida çıxışı edib.