İraqın xarici işlər naziri İbrahim Cəfəri İŞİD terrorçu təşkilatı ilə bağlı maraqlı açıqlama verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, İraq XİN başçısı 2016-cı ilə qədər İŞİD-in məhv ediləcəyini söyləyib.
Lakin o, İŞİD-in yalnız İraq coğrafiyasında zərərsizləşdiriləcəyini bildirib. Nazirin sözlərinə görə anti-İŞİD koalisiyasının İŞİD-ə qarşı apardığı hava əməliyyatları da terrorçu təşkilatın məhv edilməsində əhəmiyyətli rol oynayır.