Məşhur türk rejissoru Fatih Akının erməni “genosid”i haqda çəkdiyi “The cut” (“Kəsik”) film Türkiyə kinoteatrlarında “18+” qadağası ilə nümayiş etdirilib.
Avropa.info xəbər verir ki, bəzi türk sənət adamları bunu qınayaraq, senzura adı veriblər. Avropada film “12+” qadağası ilə göstərilib.
Erməni “genosid”indən bəhs edən film bunadək Venesiya kinofestivalında göstərilib.