Qarsda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin IV üçtərəfli görüşü başlayıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili iştirak edir.
Qeyd edək ki, toplantıdan əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər keçirilib.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri bu gün Qarsda keçirilən üçtərəfli görüş çərçivəsində ölkələrin qarşılıqlı əməkdaşlığı haqqında saziş imzalayıblar.
Bunu Türkiyənin Gürcüstandakı səfirliyindən Twitter səhifəsində yazıblar.