Bəzən qısametrajlı filmlər arasında şedevrlərə də rast gəlmək olur. Maraqlıdır ki, bəzən rejissorlar 10-15 dəqiqəyə çatdırdıqları fikri, bir çoxları 1,5 saata çatdırır. FaktXəbər-in verdiyi məlumata görə, Avstraliya kinofestivalının qalibi olan “Yük” (“Cargo”) filminin yaradıcısı bunu edə bilib.
Zombi – apokalipsidir. İlk öncə kadrlara baxanda filmin müasir kinonun dəbli trendi olan bu varlıqlardan getdiyini düşünürsən. Əslində isə belə deyil: zombi – insan hislərinin və emosiyalarının dərinliyini göstərən əla fondur. Artıq söz danışmadan FaktXəbər olaraq Sizləri bu kadrlara baxmağa dəvət edirik.