ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini Almaniya rəsmiləri ilə müzakirə edəcəklər.
Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb. “Bu gün Berlinə yola düşürük. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini almaniyalı rəsmilərlə müzakirə etmək üçün görüşəcək”, – deyə Uorlik qeyd edib.(apa)