Ailəm.az-ın “Qadın…” rubrikasında tanınmış azərbaycanlı qadınların qadınlar haqda fikirlərini dərc edirik. Budəfəki qonağımız mərhum deputat, “Parni iz Baku”nun əfsanəvi kapitanı Anar Məmmədxanovun həyat yoldaşı, biznes-ledi İradə Məmmədxanovadır.
1. Həyatda ən çox öyrənmək istədiyim şey insanları qarşılıq gözləmədən sevməyi bacarmaqdır. Bu, sevginin ən yüksək pilləsidir.
2. Qadın yaradılışdan zəif məxluqdur, biz bunu qəbul etsək də, etməsək də belədir. Kişilərin gücü danılmazdır.
3. Biznes-ledi olmaq – mövcud potensialı düzgün realizə etmək qabiliyyətidir.
5. Yalan heç bir halda bağışlanmamalıdır.
6. Qadın yaşlandıqca gözəlləşir.
7. Həyat qadından soruşmur, sən güclüsən, yoxsa zəif. O, sadəcə gəlir və səni seçim qarşısında qoyur.
8. Mənə güclü qadın deyilməyi xoşuma gəlmir.
9. Qadın uşaqları ilə böyüyür, uşaqları ilə təcrübə toplayır, sevgisi çoxalır. Analıq qadına çox şey öyrədir.
10.Qızıma ən birinci məsləhətim odur ki, qadınlığını heç vaxt unutmasın. Sonra hansı peşənin sahibi olmaq istəyirsə olsun.
11. Qadın nə qədər güclü olursa-olsun, mütləq kişinin arxasınca getməlidir.
12. Azərbaycan qadını xanım-xatınlığını və müdrikliyini ömrünün sonuna qədər itirməməlidir.