Şəkidə 6 yaşlı uşağı maşın vurub.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabr ayının 11-i axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu 1-ci Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.
1971-ci il təvəllüdlü, Qax rayon sakini Namiq Şirin oğlu Təmrazov idarə etdiyi “VAZ 21144” markalı 34 BC 787 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2008-ci il təvəllüdlü 1-ci Biləcik kənd sakini Mustafa Sadiq oğlu Mustafayevi vurub.
Məlumatda bildirilir ki, 6 yaşlı Mustafa Mustafayev 1-ci sinifdə oxuyur, hadisə baş verən zaman məktəbdən çıxıb evə qayıdırmış. Qəza nəticəsində xəsarət alan Mustafa Mustafayev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, Mustafa Mustafayevə sağ bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.