ABŞ Dövlət Departamenti Türkiyədə Fətulla Gülənə bağlı media qurumlarına qarşı aparılan polis əməliyyatı barədə açıqlama verib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib ki, əsas hədəf Türkiyə hökumətini tənqid edən mediadır.
Onun sözlərinə görə media və söz azadlığı demokratiya üçün mühüm əhəmiyyət kəsb edir. Dost və müttəfiq olaraq, türk rəsmilərə, bu addımların Türkiyənin demokratik qurumlarının əleyhinə olmadığından əmin olmaları çağırışı edirik”,-deyə Cen Psaki qeyd edib.
Ötən gün Türkiyədə “paralel yapı” ya qarşı başlayan əməliyyatlar zamanı “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” televiziyasının baş direktoru Hidayət Karaca həbs edilib. Ümumilikdə həbs edilənlərin sayının 25 olduğu bildirilir.